Erməniəsilli qadın sərhəd-buraxılış məntəqəmizdə təxribata əl atdı

Bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub. Buraxılış məntəqəsindən sərbəst gedişin təmin olunmasına baxmayaraq erməniəsilli qadınlardan biri üzərində qondarma rejimin “bayrağı” əks olunmuş çanta ilə sərhəd-buraxılış məntəqəsinə daxil olaraq təxribata can atıb.

Metbuat.az xəbər verir ki, deputat Vüqar Bayramov bu məsələyə münasibət bildirərkən qeyd edib ki, Ermənistan hətta belə cılız təxribatlar ilə regiondakı düzəni pozmaq və sülh danışıqlarında maneələr yaratmağa çalışır:

"Bir tərəfdən, Azərbaycan öz suveren hüququları çərçivəsində maneəsiz keçidi təmin edir və yüklərin daşınması üçün yol təklif edir. Digər tərəfdən isə, Ermənistan təxribatı davam edir. Amma belə təxribatlar mövcud düzəni dəyişmək iqtidarında deyil.

Artıq müasir standartlara uyğun olaraq inşa edilən 44.5 km uzunluğu olan Bərdə-Ağdam yolunun qurulması da tamamlanmaq üzrədir. Bu yol 26 km-lik Ağdam-Xankəndi yoluna inteqrasiya olunacaq. Nəticədə, bu yol Qarabağ iqtisadi rayonu ilə Azərbaycanın digər bölgələri arasında daha asan və qısa quru nəqliyyat əlaqəsinin formalaşmasına imkan verəcək. Bu Qarabağ iqtisadi rayonunun inkişafı baxımdan da vacibdir. Kifayət qədər iqtisadi potensialı olan Qarabağ 30 illik Ermənistan işğalı nəticəsində inkişafdan kənarda qalıb. Son olaylar bir daha təsdiq etdi ki, bölgədəki istənilən anlaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Qafqaz yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə də qaydları Azərbaycan müəyyənləşdirir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı