Azərbaycanlı gəncə Ukraynada yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycanlı gənc Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Ukrayna strateji sənayelər nazirinin müavini təyin olunub.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Nazirlər Kabineti qərar qəbul edib.

Teymur Tkaçenko (Məmmədov) bu vəzifəyə qədər Kiyev vilayəti administrasiyasında departament rəhbəri olub, Ukraynada humanitar missiyada aktiv iştirak edir.

Qeyd edək ki, o, Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı