Putin onu arxadan vuran generalı bağışlamadı

Ukrayna müharibəsinin ən önəmli simalarından biri olan və Prezident Vladimir Putinin müharibədə ən etibarlı zabiti kimi tanınan Hava-Kosmik Qüvvələrinin komandanı general Sergey Surovikin vəzifəsindən uzaqlaşdırılıb.

Metbuat.az RİA-ya istinadən xəbər verir ki, Ukraynadakı Rusiya qoşunlarına da rəhbərlik edən Aerokosmik Qüvvələrin komandanı Sergey Surovikinin yerinə müvəqqəti olaraq Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi Viktor Afzalovun təyin edildiyi qeyd edilib. Qeyd edək ki, “Vaqner” muzdlularının üsyanından sonra Surovikin video yayımlayaraq, “Vaqner”ə silahı yerə qoymaq barədə çağırış etmişdi. Üsyandan sonra Rusiya mətbuatında çıxan xəbərlərdə çağırışa baxmayaraq, Surovikinə qarşı istintaq başladıldığı və onun ev dustaqlığında saxlandığı iddia edilib.

ABŞ kəşfiyyatı yazıb ki, Rusiya ordusunun ən mühüm simalarından biri olan general Surovikinin Priqojinin üsyan planlarından əvvəlcədən xəbəri olub. Daha əvvəl Suriya müharibəsində mühüm rol oynayan və sərt üsulları ilə “Qiyamət Generalı” kimi tanınan Surovikin, Rusiya ordusunda böyük hörmət və dəstək alan zabit kimi tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı