ABŞ Prezidenti Co Bayden meşə yanğınları nəticəsində 100-dən çox insanın həyatını itirdiyi Havay əyalətinə səfər edib.
Metbuat.az xəbər verir ki, Bayden Havayda tədbirlərə qatılıb. Lakin onun tədbirlərin birində yuxuladığı müşahidə edilib. Baydenin yuxulaması sosial mediada tənqid edilib. Bəzi istifadəçilər Baydenin belə vacib tədbirdə yuxulamasının ölkə üçün “utancverici” olduğunu paylaşıblar. Bəzi istifadəçilər isə 80 yaşlı Baydenin yorucu səfərdən sonra proqrama qatıldığını bildiriblər və onun yuxulamasını normal qəbul ediblər.