31 il əvvəl itkin düşən şəxsin meyitinin qalıqları dəfn olundu

Kütləvi məzarlıqda qalıqları tapılan Hüseynov Gülverdi Ağahüseyn oğlu Abşeron rayonunun Qobu qəsəbəsində dəfn olunub.

Metbuat.az xəbər verir ki, dəfn mərasimində Gülverdi Hüseynovun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

1951-ci il təvəllüdlü Gülverdi Hüseynov 26 yanvar 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb.

Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir.

İndiyədək onlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR