İkinci dəfə intihara cəhd edən qazi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qazi Bəhram Nuruyev yenidən intihara cəhd edib.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verilib: “Qaziyə aldığı xəsarətlərlə bağlı ilk olaraq Kliniki Tibbi Mərkəzdə zəruri tibbi xidmət göstərilib. Psikosomatik yardım üçün isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Bəhram Nuruyev özü də Respublika Psixiatriya Xəstəxanasından foto paylaşıb.

Xatırladaq ki, B.Nuriyev daha əvvəl də intihara cəhd edib. O, feysbuk səhifəsində açdığı canlı yayında damarlarını kəsmişdi. Səbəb kimi isə səhhətində yaranan problemlə bağlı aidiyyəti qurumların doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın ədalətsizlik olduğunu bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı