98 yaşlı Nərgiz xanım 30 ildən sonra Laçına qayıdıb - VİDEO

Laçın şəhərinin 98 yaşlı sakini Nərgiz Xəlil qızı Əsədova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb.

Metbuat.az xəbər verir ki, artıq bir aydan çoxdur ki, o, şəhərdəki bərpa olunmuş evində yaşayır. Laçını daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Nərgiz nənə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirir...

Dövlət Komitəsi Ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlanmasını davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı