Nigeriya Fransa səfirinə 48 saat vaxt verdi

Nigerdə Vətənin Müdafiəsi üzrə Milli Şura (Niger üsyançılarının yaratdığı qurum) Fransanın Niameydəki səfiri Silvain Itte-nin ölkəni tərk etməsi üçün 48 saat vaxt verdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Niger Xarici İşlər Nazirliyi məlumat yayıb.

Paris isə artıq tələbi yerinə yetirməkdən imtina edib. Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, “üsyançıların səfiri ölkədən çıxarmaq səlahiyyəti yoxdur”.

Qeyd edək ki, Nigerdə iyulun 26-da hərbçilərin hakimiyyəti ələ keçirməsindən sonra ölkədə başlayan siyasi böhran davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı