Azad edilmiş ərazilərdəki layihələrdə iştirak üçün müraciət edən xarici şirkətlərin sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə biznes quran və qurmaq niyyətində olan şirkətlərin sayı mütəmadi artmaqdadır.

Metbuat az İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, indiyədək azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak üçün 500-ə qədəri xarici şirkət olmaqla 1500-dən çox şirkət müraciət edib.

“Bu göstərici istər yerli, istərsə də xarici biznes qurumları üçün Qarabağın böyük və çoxistiqamətli iqtisadi potensialının, əlverişli biznes və investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir”, - deyə məlumatda qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı