Bu gün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında “Azərbaycanda silahlı münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan həssas əhalinin dolanışıq şəraitinə dəstək” layihəsinin Qrant Sazişinin imzalanma mərasimi keçirilib.
Metbuat.az KOİCA-nın yaydığı məlumata istinadən xəbər verir ki, layihənin dəyəri 6 mln dollardır.
Layihə Azərbaycanın Ermənistanla sərhəddə yerləşən 11 bölgəsində keçiriləcək.
“Layihə, bu bölgələrdə müharibədən əziyyət çəkən insanlarda müsbət dəyişiklik edilməsinə fokuslanıb”, - deyə məlumatda bildirilir.