Qərbi Azərbaycan İcması Bəyanat yaydı

"Paris meri Ann İdalqo siyasi hoqqabazlıqlara, azərbaycanlılara qarşı nifrətə son qoymalıdır".

Metbuat.az xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda öz əksini tapıb.

Qeyd olunub ki, Fransa Azərbaycana qarşı təxribatları davam etdirir: "Bu dəfə estafet Parisin meri Ann İdalqo başda olmaqla fransız şəhərlərindən “humanitar yardım” şousu təşkil edən heyətə ötürülmüşdür. Qərbi Azərbaycan İcması bildirir ki, bu gün “timsah göz yaşı” tökən Ann İdalqo kimi rasist təfəkkürlü adamlar heç bir zaman Azərbaycan ərazilərinin işğalını, azərbaycanlıların Ermənistandan və vaxtilə işğal edilmiş ərazilərdən qovulmasını, Xocalı soyqırımını pisləməmişlər, əksinə Ermənistana və erməni diasporuna qoşulub qürrələnmişlər. Ann İdalqo və onunla gələn fransız heyət siyasi hoqqabazlıqlara, dini təəssübkeşlik əsasında azərbaycanlılara qarşı nifrətə son qoymalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı