Uşaq evinin sakini yüksək balla tələbə adını qazandı

Gəncə Şəhər Uşaq Evinin sakini Həsənov Həsən Mikayıl oğlu ali məktəblərə qəbul imtahanında uğurlu nəticə əldə edib.

Metbuat.az xəbər verir ki, o, 413,30 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

ADPU -nun rəhbərliyindən verilən məlumata əsasən, universitet Həsəni himayəsinə götürür və onun bütün təhsil xərclərini ödəyəcək.

Qeyd edək ki, Həsən Həsənov 2012-ci ildən Gəncə Uşaq Evində yaşayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı