Fransa ordusu Nigerə müdaxilə etməyə hazırdır

Fransa ordusu Fransanın Nigerdəki hərbi və diplomatik fəaliyyətinə zərər vurmaq məqsədi daşıyan istənilən gərginliyə cavab verməyə hazırdır.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa Baş Qərargahı açıqlama verib. Açıqlamada, Nigerdəki fransız əsgərlərinin Fransanın bu ölkədəki hərbi varlıqlarına və diplomatik nümayəndəliklərinə zərər verəcək hər hansı yeni gərginliyə cavab verməyə hazır olduqları ifadə edilib.

Qeyd edək ki, Nigerdəki hərbi adminstrasiya Fransanın Niameydəki səfiri Silvain İttenin toxunulmazlığının qaldırıldığını və deportasiya ediləcəyini açıqlamışdı. Fransa prezidenti Emmanuel Makron isə üsyançıların təzyiqlərinə baxmayaraq, səfirin Niameydə qalacağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı