AZAL şikayətlərə cavab verdi: "Texniki səbəblər var" - VİDEO

Dünən İstanbula gedən aparıcı Aytən Səfərovanın hava limanında təyyarənin uçuşa gecikdiyini bildirib.

Metbuat.az xəbər verir ki, aparıcı yüzlərlə sərnişinin "Azal"ın nümayəndəsindən açıqlama gözlədiyini deyib. O, daha sonra uçuşun iki gündən sonra gerçəkləşəcəyini bildirib:

"200 nəfər adama deyirlər ki, siz İstanbul Hava Limanında qalacaqsınız, iki gün sonra baxarıq. Bu qədər bilet pulu verilir. "Azal", öz vətəndaşınıza nə sayqısızlıqdır edirsiniz?"

Məsələ ilə bağlı AZAL açıqlama yayıb. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sentyabrın 1-də J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin bu gün günorta saatlarında yerinə yetirilməsi gözlənilir.

Şirkət bu reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb. Bildirilib ki, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq, bu proses əlavə vaxt tələb edib.

Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar. AZAL yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı