Ağsuda dağlıq ərazidə güclü yanğın - VİDEO

Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ərazinin çətin keçidli olması yanğınsöndürmə texnikalarının hərəkətinə maneə yaratdığından nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işləri əsasən əl ilə söndürmə üsulu ilə həyata keçirilir.

Qeyd edək ki, havanın küləkli və qaranlıq olmasına baxmayaraq, yanğının geniş ərazilərə yayılmasının qarşısının alınması və tam söndürülməsi istiqamətində işlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR