AMB-nin valyuta ehtiyatları ötən ay 120 mln. dolardan çox artıb

2023-cü il sentyabr ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 364,4 milyon ABŞ dolları təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin avqustun 1-i ilə müqayisədə 1.3% və ya 120.4 milyon dollar çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə nisbətən 4.1%, 2022-ci ilin sentyabr ayının 1-i ilə müqayisədə isə 24,8% artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı