Sahibə Qafarova İsrail-Azərbaycan dostluq qrupunun üzvlərini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 4-də İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri - Evgeni Sova, Osher Şkalim, Tatiana Mazarski və Almoq Koheni qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və İsrailin dost və tərəfdaş ölkələr olduğu diqqətə çatdırılıb, ölkələrimiz arasındakı fəal siyasi dialoq, yüksək səviyyəli səfərlər və görüşlərin münasibətlərin inkişafında müstəsna rolu vurğulanıb. Eyni zamanda, azərbaycanlılar və yəhudilərin əsrlər boyu sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində birgə yaşadığı qeyd edilib.

Görüşdə həmçinin Azərbaycan və İsrail parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qanunverici orqanlarımız arasında münasibətlərin inkişafında dostluq qruplarının fəaliyyəti, parlament üzvlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı