Dünyaca məşhur layihə AzTV-də

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yeni mövsümün startına hazırlaşır.

Metbuat.az xəbər verir ki, QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinin məlumatına görə, yeni mövsüm sentyabrın 11-dən başlayacaq. Tamaşaçıları müasir dekorasiyalarla, yeni formatda "Telesəhər", daha sonra "Günə davam" verilişləri salamlayacaq.

Yeni layihələrə gəlincə, onların sayı hər 3 kanal üzrə 10-dan çoxdur. Bunlar arasında xüsusən "Kinoman" (AzTV), "Ordan-burdan" (AzTV) və dünyaşöhrətli intellektual yarışma "Money drop" (AzTV) layihələrini qeyd etmək olar.

Həmçinin əlavə olaraq "Akustik" (Mədəniyyət TV), "Memarlıq" (Mədəniyyət TV), "Kitab TV" (Mədəniyyət TV), "Dəb" (Mədəniyyət TV), İngiltərə Premyer Liqası (İdman TV), "Kim sevirsə idmanı" (İdman TV), "Onları tanıyaq" və s. kimi yeni layihələrin adını çəkmək mümkündür. Eləcə də Azərbaycan Radiosu və Beynəlxalq Radio da yeni və daha maraqlı layihələrlə dinləyicilərin görüşünə gələcək.

Üstəlik, o da məlumdur ki, Beynəlxalq Radionun texniki imkanları artırılıb və faktiki yenidən qurulan bu radionun da yaxın gələcəkdə yayım keyfiyyətində ciddi fərq hiss olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı