Tanımadığı şəxsdən Rəşad Dağlının ailəsinə jest - VİDEO

Hazırda həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının övladlarının təhsilhaqları tanımadıqları şəxs tərəfindən ödənilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı meyxanaçının oğlu Yusif və qızı Bətül sosial mediada paylaşım edib. Onlar bildiriblər ki, artıq ötən gündən məktəbə getməyə başlayıblar:

"Çox adam bizim təhsilhaqqımızı soruşur. Tanımadığımız şəxs pulu ödəyib. Anonim şəxsə təşəkkür edirik".

Qeyd edək ki, Rəşad açıqlamasında övladlarının özəl məktəbdə oxuduğunu bildirmişdi.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da qonşusu İsgəndər Mehdiyevi qətlə yetirdiyi üçün 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı