“Məktəb liderliyi” proqramı üzrə müsahibə mərhələsinə başlanılır

“Məktəb liderliyi” proqramının II çağırışı üzrə müsahibə mərhələsinə start verilir.

Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibələr onlayn və əyani formatlarda keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan müraciət edən namizədlər üçün əyani müsahibə sentyabrın 6-15-də, digər şəhər və rayonlardan müraciət edən namizədlər üçün isə onlayn müsahibə sentyabrın 16-dan etibarən təşkil olunacaq.

Qeyd edək ki, müsahibələrin keçirilmə vaxtı ilə bağlı dəvət məktubu növbəli şəkildə göndərilir. İştirakçılara elektron poçt ünvanının “Gələnlər” və “Spam” bölmələrini mütəmadi yoxlamaq tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR