Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı

Böyük Britaniyanın Gürcüstandakı səfiri Gareth Uord ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Metbuat.az xəbər verir ki, buna səbəb Britaniyanın Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və DİN-in daha 4 əməkdaşına sanksiya tətbiq etməsi olub.

Xatırladaq ki, dekabrın 19-da Böyük Britaniya V.Qomelaurini və Gürcüstan Daxili İşlər Nazirliyinin bəzi əməkdaşlarını sanksiya siyahısına daxil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı