ABŞ Hərbi Dəniz Qüvvələri yeni “Virginia Block” IV sinif “USS Iowa” (SSN 797) nüvə hücum sualtı qayığını istifadəyə verib.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, bu sinif sualtı qayıqlar 1600 km mənzilli 12 “Tomahawk” qanadlı raketləri ilə təchiz edilib.
Nüvə sualtı qayığının uzunluğu 115 metr, eni isə 10 metrdir. O, 240 metrdən çox dərinliyə enişə və 25 düyündən çox sürətə çata bilir.