Ağ evdən Çinə tətbiq edilən vergilər barədə açıqlama

Çin ABŞ-yə cavab verməyə davam edərsə, Prezident Donald Tramp daha sərt cavab verəcək.

Metbuat.az xəbər verir ki, Ağ evin sözçüsü Karoline Leavitt belə açıqlama verib. Trampın Çinə əlavə vergilər tətbiq etməsinə münasibət bildirən sözçü bəyan edib ki, Pekin siyasətində israr etməməlidir. Karoline Leavitt, “Prezident Çinə əlavə rüsumlar elan edən bəyanatla çıxış etdi. Çinə tətbiq edilən tariflər 125 faizə qədər artırılır, çünki Çin ABŞ-dan qisas almaq qərarına gəlib. Siz ABŞ-yə cavab verəcəyiniz zaman, Prezident Tramp da tədbir həyata keçirəcək", - deyə bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çindən gələn mallara rüsumları 125 faizə qaldırdığını açıqlayıb. Tramp, Çinin qlobal bazarlara hörmətsizliyini nəzərə alaraq, Çinə tətbiq etdiyi tarifləri dərhal qüvvəyə minməklə 125 faizə qaldırdığını irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı