Pulunun dəyərini qorumaq istəyənlər bu üsulu seçir - Dollardan imtina edilir

Qızılın qiyməti yeni rekord qırıb.

Metbuat.az xəbər verir ki, qızılın unsiya qiyməti 2,8 faiz artaraq 3174,74 dollar olub. Bundan əvvəl qızılın unsiya qiyməti təxminən 3 faiz artmışdı. Bildirilir ki, dolların ucuzlaşması, ABŞ və Çin arasındakı ticarət müharibəsi investorları təhlükəsiz sığınacaq axtarmağa vadar edib. Qızılın bahalaşmasına iqtisadiyyatlarda tənəzzüllə bağlı narahatlıqlar və ABŞ-nin aqressiv gömrük tarifləri siyasətinin mümkün nəticələri ilə bağlı qeyri-müəyyənliklər, eləcə də geosiyasi risklərin səbəb olduğu deyilir.

Məlumata görə, qızıl hazırda tariflərdən təsirlənməyən bir neçə əmtəədən biridir. Unsiyanın qiyməti son 12 ayda 36 faiz, bu il isə 20 faizdən çox artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı