Bacısı qızının toyuna gedən şəxs vəfat etdi

Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Cəlilabad rayonu, Qarayar kənd sakini, 1976-cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov Lənkəranda bacısı qızının toyunda olarkən özünü pis hiss edib.

O, yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Həkimlər ona kardiak-arrest (ürəkdayanma) diaqnozu qoyublar və zəruri ilkin tibbi xidmətlər göstəriblər. Buna baxmayaraq, S.Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı