​Ulduz oyunçunu transfer etmək üçün türk futbolçunu qurban “verdilər”

"Yuventus" "Nyukasl Yunayted"in futbolçusu Sandro Tonalini transfer etmək üçün Kenan Yıldızın başqa kluba transferinə razılıq verə bilər.

Metbuat.az xəbər verir ki, İtaliya klubu türk futbolçudan əldə edilən gəliri Sandro Tonalinin transferində istifadə etmək istəyir. İddialara görə, "Yuventus" transferi mövsümün fasiləsində reallaşdırmağa çalışır. Məlumata görə, "Yuventus" yarımmüdafiə xəttindəki çatışmazlıqları aradan qaldırmaq və komandanın dinamizmini artırmaq üçün transferin mövsümün fasiləsində reallaşdırılmasının uyğun olduğunu hesab edir.

Bildirilir ki, Sandro Tonali futbol zəkası və çox yönlü olması ilə “Yuventus”un axtardığı orta sahə profilinə uyğun gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı