Laçın yolu ətrafındakı vəziyyət siyasi xarakter daşıyır - XİN

"Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinləri tərəfindən cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün “Ağdam-Xankəndi” yolunun açılması və buna parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifi rədd olunub".

Metbuat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşü zamanı deyib.

"Azərbaycan tərəfinin bu təkliflərinin rədd olunması, Laçın yolu ətrafında hazırki vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıdığını göstərir”, - nazir əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR