ADY bu istiqamət üzrə əlavə qatar reysləri təyin edib

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 9 və 10 sentyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.

Metbuat.az xəbər verir ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə Ağstafadan Bakı istiqamətinə yola düşəcək.

"Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür”, - məlumatda qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR