Nizami İmranov Haaqada qızıl medal qazandı

Niderlandın Haaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Metbuat.az xəbər verir ki, bu gün 60 kq çəki dərəcəsində yarışan təmsilçimiz Nizami İmranov qızıl medal qazanıb. O, finalda İsraildən olan Yehonatan Veksleri məğlub edib.

Qeyd edək ki, 66 kq. çəkidən mübarizə aparan digər idmançımız Aydın Rzayev də finala yüksəlib. O, qızıl medal uğrunda Gürcüstanı təmsil edən Tenqo Zirakaşvili ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR