"Trabzonspor" "Arsenal"ın futbolçusu Nikolas Pepe ilə razılıq əldə edib.
Metbuat.az xəbər verir ki, futbolçu ilə bütün detallar razılaşdırılıb. "TRT Spor"un xəbərinə görə, futbolçunun klubdan ayrılmasına razılıq verən “Arsenal” "Trabzonspor"la razılığa gəlib.
Bildirilir ki, futbolçu müqavilə imzalamaq üçün Türkiyəyə gəlmək üzrədir.
Qeyd edək ki, Nikolas Pepe ötən mövsümü Fransanın "Nitsa" klubunda icarə əsasında keçirib. Pepe 2019-cu ildə "Arsenal"la müqavilə imzalayıb. Pepe əvvəllər “Stade Poitevin”, “Anje”, ABŞ-ın Orlean və “Lill” klublarında çıxış edib.