Azərbaycanın sənaye istehsalı 6% artıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 % az sənaye məhsulu istehsal edilib.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 6 % artıb.

Sənaye məhsulunun 68,6 %-i mədənçıxarma sektorunda, 26,2 %-i emal sektorunda, 4,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 % azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 % artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 97,1 %, kompüter, elektron və optik məhsulların istehsalı 80,4 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 %, poliqrafiya məhsullarının istehsalı 30,1 %, kağız və karton istehsalı 27,2 %, içkilərin istehsalı 26,7 %, tikinti materiallarının istehsalı 26,4 %, toxuculuq sənayesi məhsullarının istehsalı 23,5 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,9 %, hazır metal məmulatlarının istehsalı 17 %, maşın və avadanlıqların istehsalı 14,9 %, neft məhsullarının istehsalı 13 %, qida məhsullarının istehsalı 11,2 %, tütün məmulatlarının istehsalı 6 %, kimya sənayesi məhsullarının istehsalı 6 %, mebel istehsalı 6 %, əczaçılıq məhsullarının istehsalı 2,8 % artıb, elektrik avadanlıqlarının istehsalı 0,7 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,7 %, geyim istehsalı 13,6 %, sair nəqliyyat vasitələrinin istehsalı 17,7 %, sair sənaye məhsullarının istehsalı 30,5 %, metallurgiya sənayesi məhsullarının istehsalı 30,7 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 31,4 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,6 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR