Prezidentlərin təkbətək görüşü olub - YENİLƏNİB

Sentyabrın 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Metbuat.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyevi salamlayan Prezident Emoməli Rəhmon dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizi Tacikistanda salamlayıram. Elə bu yaxınlarda biz birlikdə Sizin Tacikistana dövlət səfərinizi həyata keçirdik. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzu edirəm. Sammitdə - Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak etmək üçün dəvətimizi qəbul etdiyinizə görə sağ olun.

Prezident İlham Əliyev: Emoməli Şaripoviç, sağ olun. İlk növbədə, bu mühüm tədbirdə fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə təşəkkürümü bildirmək istərdim. Mən bunu çox yüksək qiymətləndirirəm. Belə mühüm tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir və xüsusilə yenidən gözəl Düşənbə şəhərində olmaq xoşdur.

Prezident Emoməli Rəhmon: Sağ olun.

Prezident İlham Əliyev: Siz mənim çox uğurla və yaxşı nəticələrlə keçən dövlət səfərimi qeyd etdiniz. Mən dialoqumuzu davam etdirmək məqsədilə Sizin üçün əlverişli vaxtda Azərbaycana dövlət səfəri etməyinizlə bağlı artıq Sizə rəsmi məktub göndərmişəm.

Prezident Emoməli Rəhmon: Çox Sağ olun.


11:47

Sentyabrın 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı