Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 14-ü saat 15:00-a olan məlumatına əsasən Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 23 dərəcəyədək, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR