Praqa, 19 yanvar, AzərTAc
Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj bazar günü Praqaya qatarla gəlib. Bu, həm də on illər keçəndən sonra nadir hadisədir ki, xarici dövlətin başçısı Çexiyaya rəsmi səfərə qatarla, məhz EuroCity ilə Berlindən gəlib. Sonuncu dəfə bu qayda ilə Çexiyaya Tonqa adalarının kralı gəlmişdi, lakin bu, şəxsi səfər idi. Bu barədə məlumatı Praqa Şəhəri Prezident Protokolunun başçısı Yindjix Foreyt məlumat verib.
Səfər iki gün davam edəcək, Saxiaqiyn Elbeqdorj həmkarı Miloş Zeman və digər çex siyasətçiləri ilə görüşəcək. Görüşlərdə iqtisadi məsələlər və şirin su mənbələri müzakirə olunacaq. Monqolustan dövlətinin başçısı həftənin ikinci günü həmçinin Karlov universitetində olacaq, monqol dili və ədəbiyyatını öyrənən tələbələrlə görüşəcək. Prezidenti Monqolustanın xarici işlər naziri də daxil olmaqla çoxsaylı nümayəndə heyəti müşayiət edir.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Praqa