Bakı, 4 iyun, AZƏRTAC
İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemindən artıq sığorta tələblərinin statusunu da yoxlamaq mümkün olacaq.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığortaçılarına (qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən) qarşı irəli sürdükləri sığorta tələblərinin statusu haqqında məlumatı (qeydiyyat, təsdiq, ödəniş) http://services.isb.az internet səhifəsindən öyrənə biləcəklər.
Bildirilib ki, 2015-ci ilin 5 ayı ərzində büronun informasiya sistemində mövcud olan icbari sığorta müqavilələrin yoxlanılması məqsədi ilə http://services.isb.az səhifəsinə 640 mindən çox sorğu göndərilib.