​“Veysəloğlu” şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edən layihəyə dəstək oldu

1152 şəhid övladı hədiyyə qutusu ilə təmin edildi.

Veysəloğlu Şirkətlər Qrupu "YAŞAT" Fondu tərəfindən yeni tədris ilinin başlanması ilə bağlı həyata keçirilən “Məktəbli ləvazimatları” layihəsinə dəstək olub.

Layihə çərçivəsində respublikanın bütün ərazisi üzrə 678 şəhidin 1152 məktəbli övladına hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Qutulardan 35-i Naxçıvan Muxtar Respublikasında yaşayan məktəbli şəhid övladlarına təqdim edilib.

Hədiyyə qutularının çatdırılması Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” tərəfindən həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı