Faiz dərəcələrinin aşağı salınması gündəmdə deyil

Avropa Mərkəzi Bankının sədri Kristin Laqard faiz dərəcələrinin aşağı salınmasının onların gündəmində olmadığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Kristin Laqard İspaniyanın Santyaqo de Kompostela şəhərində Avro Bölgəsi ölkələrinin maliyyə nazirlərinin toplantısından sonra belə açıqlama verib. Laqard bəyan edib ki, inflyasiyaya nəzarət etmək və qiymət sabitliyini təmin etmək üçün pul və fiskal siyasətlər bir-birinə zidd olmamalıdır. Laqard Avro Bölgəsi ölkələrinin bu mərhələdə dövlət borcunu və cari hesab açığını azaltmağa diqqət yetirməsinin əhəmiyyətinə diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı