BMT Baş katibi Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu açıqladı

BMT Təhlükəsizlik Şurasının tərkibi müasir reallıqları əks etdirmir, bu qurumun islahatlara ehtiyacı var.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu BMT Baş katibi Antoniu Quterreş Kubada "Qrup 77" və Çin sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, çoxqütblülük beynəlxalq arenada liderlik üçün yeni imkanlar yaradır, ancaq sülh və ədalətə zəmanət vermir. Bunun üçün güclü və effektiv beynəlxalq qurumlar lazımdır.

"İndiki qurumların bir çoxu, xüsusən də BMT Təhlükəsizlik Şurası və “Bretton Woods” maliyyə sisteminin institutları keçmiş dövrü əks etdirir", - Quterreş bildirib.

O, həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının tərkibi bir çox inkişaf etməkdə olan ölkələrin müstəmləkəçilik buxovunda qaldığı və öz adından danışmaq hüququnun olmadığı bir vaxtda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı