Azərbaycanda hava yolu ilə yükdaşımalar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyard 170 milyon 5 min ABŞ dolları dəyərində 65 min 357 ton yük daşınıb.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 8,4 % və 5,4 % çoxdur.

Hesabat dövründə hava nəqliyyatı ilə 200 milyon 505 min ABŞ dolları dəyərində 57 min 767 ton yük ixrac olunub. Son 1 ildə ixracın dəyəri 0,4 % azalıb, həcmi 4,1 % artıb.

8 ay ərzində Azərbaycana hava nəqliyyatı ilə idxal olunan yüklərin isə dəyəri 969 milyon 499 min ABŞ dolları, həcmi 7 589 ton olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 10,4 % və 16,8 % çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR