Sumqayıtda yeraltı kabeldə qəza baş verdikdən dərhal sonra dairəvi sistem üzrə alternativ xətlə əraziyə elektrik enejisi ötürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
“Səhmdar Cəmiyyətin təmir-bərpa briqadaları ərazidə qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldur. Hazırda həm həmin ərazidə, həm də ölkənin digər regionlarının keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı davam etdirilir. Abonentlərdən xahiş edirik ki, qarşılaşdıqları kəsinti və qəza halları ilə bağlı 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”, - məlumatda deyilir.