​Macarıstan və Slovakiya Ukraynaya qadağa tətbiq edir

Macarıstan və Slovakiya Ukraynanın taxıl və digər ərzaq məhsullarına qadağalar tətbiq edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Macarıstan və Slovakiya hökumətlərindən açıqlama verilib. Açıqlamada qeyd edilir ki, Avropa İttifaqı Komissiyası Ukraynanın taxıl və digər ərzaq məhsullarının Avropa ölkələrinə ixracına tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin müddətini artırmamaq barədə qərar qəbul edib. Macarıstan və Slovakiya hökumətləri isə Avropa İttifaqı Komissiyasının qərarına baxmayaraq, Ukraynanın taxıl və digər ərzaq məhsullarına öz qadağalarını tətbiq edəcəyini bəyan edib.

Macarıstan və Slovakiya hökumətləri bəyan edib ki, Avropa İttifaqı avropalı fermerlərin problemlərinə məhəl qoymurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı