Türkiyədə vəzifəli şəxs faciəvi şəkildə öldü

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çongar yol qəzasında ölüb.

Metbuat.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, AK Parti rayon təşkilatının sədrinin idarə etdiyi avtomobil Koroğlu stansiyasının yaxınlığında TIR-a arxadan çırpılıb.

Mehmet Çonqar üçün Gerede Yeni Cameədə dəfn mərasimi təşkil edilib. Mərasimə əyalət valisi, Boludan olan millət vəkili, rəsmilər qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı