İmamoğlunun yerinə o seçildi - FOTO

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisinə keçirilən seçkidə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Nuri Aslan İBB sədri vəzifəsini icra edəcək şəxs olaraq seçilib.

Metbuat.az xəbər verir ki, müxalif siyasətçi 177 səs toplayıb.

Xatırladaq ki, Türkiyənin hakim partiyası (AK Parti) bu posta Zeynel Abidin Okulu namizəd göstərmişdi.

Aralarında Əkrəm İmamoğlunun da olduğu 100 şübhəlinin “cinayət təşkilatının lideri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tender saxtakarlığı” ittihamları ilə saxlanıldığı bildirilib. İstintaqda İmamoğlunun cinayət təşkilatının rəhbəri olduğu vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı