Yeni bələdiyyə sədri seçilmişdi, vəfat etdi - FOTO

Cəlilabad rayonunun Günəşli kənd bələdiyyəsinin sədri Vaqif Talıbov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Teleqraf.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, o, orqanizmində yenicə aşkarlanmış xərçəng xəstəliyi səbəbindən ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, V.Talıbov bu ilin yanvarın 29-u keçirilən seçkilərdə bələdiyyə sədri seçilmişdi. O, daha əvvəllər kənd məntəqə seçki komissiyasının sədri vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı