Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.
Metbuat.az xəbər verir ki, Azərbaycanın bütün məscidlərində martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq.
Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb.