Martın 29-da 2025-ci ilin ilk Günəş tutulması müşahidə edilib.

Metbuat.az xəbər verir ki, tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.

Günəş tutulması Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünüb.