İndoneziyanın Bali şəhərindən Avstraliyanın Melburn şəhərinə uçan sərnişin təyyarəsində həyəcanlı anlar yaşanıb.
Metbuat.az xəbər verir ki, təyyarə Hind okeanı üzərində uçarkən sərnişinlərdən biri qapını açmağa cəhd edib. Aviaşirkətin açıqlamasında bildirilib ki, sərnişin təyyarənin qapısını zorla açmağa cəhd edib və ekipaj üzvlərinə qarşı aqressiv davranıb. Uçuş heyəti cəld müdaxilə edib və pilot təhlükəsizlik səbəbi ilə Baliyə qayıtmaq qərarı verib. Təyyarə eniş etdikdən sonra sərnişin yerli təhlükəsizlik qüvvələri tərəfindən təyyarədən çıxarılıb.
Aviaşirkət təyyarədə neçə sərnişin və ekipajın olduğu barədə məlumat paylaşmayıb.