Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM partiyasının Van Millət vəkili Pervin Buldan və İstanbul Millət vəkili Sırrı Süreyya Öndəri Prezident Sarayında qəbul edib.
Metbuat.az xəbər verir ki, Ərdoğanın DEM Partiyasının nümayəndələri ilə görüşündə Ədalət və İnkişaf partiyasının sədr müavini Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın da iştirak edib. Görüş mətbuata qapalı keçirilib.
Qeyd edək ki, bundan əvvəl Pervin Buldan, Ahmet Türk və Sırrı Süreyya Öndərdən ibarət DEM Partiyasının nümayəndə həbs edilən Səlahəddin Dəmirtaş ilə görüşüb. Səlahəddin Dəmirtaş görüşdən sonra açıqlamasında prosesin demokratikləşmə, sülh və qardaşlıq prosesi olduğunu bildirərək, Prezident Rəcəb Tayyib Ərdoğana, CHP sədri Özgür Özelə və MHP sədri Dövlət Baxçalıya təşəkkür edib.