Ərdoğan Pezeşkianla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyə ilə İran arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün gələcək dövrdə səylərin davam etdiriləcəyini bildirib.

Görüş zamanı Ərdoğan Pezeşkianı Ramazan bayramı münasibətilə təbrik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı