ABŞ ordusu qəzaya uğrayan “F-35” təyyarəsinin axtarışlarına başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ ordusundan açıqlama verilib. ABŞ Ordusunun sözçüsü mayor Melani Salinas Cənubi Karolina ştatının Şimali Çarlston bölgəsində uçarkən pilot F-35 təyyarəsinin nasaz olduğunu bildirib.
Pilotun paraşütlə tullanaraq sağ qaldığını deyən Salinas, qəzaya uğrayan F-35 təyyarəsi üçün bölgədə axtarış işlərinə başlanıldığını bildirib.
Axtarış işləri qurudan və havadan davam edərkən, rəsmi qurumlar təyyarənin tapılması üçün yerli əhalidən kömək istəyib.